1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Bakıda maraqlı aksiya təşkil olunub.
Anews.az xəbər verir ki, "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq" layihəsi çərçivəsində balaca polislər yol hərəkəti qaydasını pozan sürücüləri saxlayaraq onlarla tövsiyə xarakterli söhbət edib, məlumatlandırıcı broşurlar paylayıblar. Azyaşlılar, həmçinin yol hərəkəti haqqında qanunla bağlı öz bilik və bacarıqlarını da nümayiş etdiriblər.
Layihə "ARB Media Qrup"a daxil olan, Azərbaycanın ilk uşaq telekanalı"ARB Günəş", Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, ASAN Xidmət və 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi ilə birgə keçirilib.
"ARB Günəş" telekanalının təşəbbüsü ilə keçirilən layihənin məqsədi cəmiyyətin diqqətini balacaların həyat və sağlamlıqlarının qorunmasına çəkməkdir.
Baş Dövlət Yol Polisi İdarəsinin hesabatına görə, ötən il qəzalar zamanı ölənlərin 53-ü, yaralananların 186 nəfəri uşaqdır. "Yollarda uşaqların təhlükəsizliyinini qoruyaq" layihəsi də qəzaların sayının minimuma endirilməsinə yönəlib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !