Bakı küləyi fransalı futbolçuya çətin anlar yaşadıb

22:12 | 28.07.2021
Bakı küləyi fransalı futbolçuya çətin anlar yaşadıb

Bakı küləyi fransalı futbolçuya çətin anlar yaşadıb

"Neftçi" və Yunanıstan "Olimpiakos"u arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə qeyri-adi hadisə baş verib.

"Report"un məlumatına görə, 23-cü dəqiqədə qonaq komandanın futbolçusu Matyö Valbuena künc zərbəsini yerinə yetirmək istərkən çətin anlar yaşayıb. 37 yaşlı yarımmüdafiəçi topa yaxınlaşdığı vaxt güclü külək künc bayrağını silkələyərək, ona mane olub.

Qeyd edək ki, "Bakcell Arena"da keçirilən görüşdə hazırda "Olimpiakos" öndədir - 1:0.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti