Bakı Limanı yeni kampaniyaya start verir

19:38 | 05.11.2015
Bakı Limanı yeni kampaniyaya start verir

Bakı Limanı yeni kampaniyaya start verir

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC sosial media platformalarında əhali ilə daha sıx ünsiyyət qurmaq, Liman bərədə məlumatlılığı artırmaq məqsədilə yeni kampaniyaya start verib. Bu barədə Modern.az-a Limanın mətbuat xidmətindən məlumat verilib.

"Mən limanı sevirəm” sosial media kampaniyası çərçirvəsində insanlar #‎menlimanisevirem heşteqi ilə limana dair maraqlı məlumat, deyim, şəkil, mahnı, fakt yaxud hər-hansı digər ideyalarını bölüşərək Bakı Limanı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.  Bundan başqa, insanlar qeyd edilən heşteqlə limanın fəaliyyəti, tarixi, bu günü və gələcəyinə dair onları maraqlandıran sualları da verə biləcəklər. Kampaniyaya qoşulan hər bir kəs Bakı Limanının "Limansevərlər” klubuna üzv olur və Limana təşkil olunacaq turda iştirak haqqı qazanırlar.

Qeyd edək ki, kampaniyanın keçirilməsində məqsəd geniş ictimaiyyəti Limanda baş verən mühüm nailiyyətlər, həyata keçirilən işlər, baş tutan tədbirlər və gələcək planlar barəsində müfəssəl və düzgün informasiya ilə təmin etmək və beləliklə də Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı haqda məlumatlılığı artırmaqdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM