Bakı məktəblərində təmayül siniflərinin hansı istiqamətlər üzrə təşkil olunacağı açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində texniki, humanitar, riyaziyyat-iqtisadiyyat və təbiət istiqamətləri üzrə tədrisin təşkil edilməsi nəzərdə tutulub. Təmayüllərin hansı istiqamət üzrə üstünlük təşkil etməsi isə şagird kontingentinin istəyinə əsasən, məktəblərdən toplanmış müraciətlərə əsaslanır. Hazırda təkliflərin qəbulu və təhlili aparılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !