Bakı məktəblərinin buraxılış siniflərini bitirənlərin sayı açıqlanıb

10:37 | 07.06.2024
Bakı məktəblərinin buraxılış siniflərini bitirənlərin sayı açıqlanıb

Bakı məktəblərinin buraxılış siniflərini bitirənlərin sayı açıqlanıb

2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 43 664, XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir. Bu barədə İdarədən məlumat verilib

Bildirilib ki,  paytaxtda 42 070 nəfər I sinfi başa vurur.
 
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 505 372 şagird təhsil alır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 767 müəllim fəaliyyət göstərir.

2023-2024-cü tədris ilində paytaxt üzrə 274 ümumi təhsil məktəbində fəaliyyət göstərən 971 məktəbəhazırlıq qrupuna 21 530 uşaq cəlb olunub.

BŞTİ-nin tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM