Bir neçə gün əvvəl ARTIshok şirkətinin "Biz - Azərbaycanın xoşbəxt uşaqları" devizi altında hazırladığı layihə təqdim edilib. Layihənin müəllifləri Fəxrəndə Həsənzadə və Ülviyyə Əfəndiyevadır. Layihənin gedişində "We are the children" mahnısı yazılıb, mahnının klipinə uşaqlar, kino və estrada ulduzları, o cümlədən məşhur azərbaycanlı idmançılar çəkiliblər.
"We are the children" mahnısı Afrikada aclıqdan əziyyət çəkən uşaqlara dəstək məqsədiylə Maykl Cekson və Layonel Riççi tərəfindən yazılmışdı. Mahnı ABŞ tarixində ilk multiplatin olmuş və ən çox satılan sinql adını qazanmışdı. Kompozisiya dünyanın bir çox musiqi çartlarının zirvəsində yer almışdı. Mahnının studiyada yazılması prosesi video lentə köçürülmüş, sonradan bu kadrlar «We Are the World» klipinin görüntülərinə çevrilmişdi və 1985-ci ilin 11 martında MTV telakanalında onun ümumdünya təqdimatı baş tutmuşdu.
1985-ci ilin 10 iyununda humanitar yardımı daşıyan ilk təyyarə Efiopiyaya və Sudana endi. 1987-ci ilin ABŞ-ın Afrikaya yardım fondu Afrikya 91 milyon dollar yardım etdi, bunun da 54 milyonu sinqlın satışından əldə edilmişdi.
25 il keçəndən sonra Kuinsi Cons və Layonel Riççinin təşəbbüsü ilə "Artists for Haiti" super qrupunun ifasında mahnının yeni versiyası təqdim edildi. Mahnının adı «We Are the World 25 for Haiti» idi. Sinqlın satışından əldə edilən gəlir Haitidə dəhşətli zəlzələdən zərərçəkənlərə yardım üçün nəzərdə tutulmuşdu.
"Biz - Azərbaycanın xoşbəxt uşaqları" adlı musiqi layihəsində isə əməkdar artist Vəfa Zeynalova, müğənnilər Dilarə Kazımova, Çingiz Mustafayev, Səbinə Babayeva, Samirə Allahverdi, Seyran Babayev, Azərbaycanın əməkdar məşqçisi Nurlan Əlizadə, kikboksçu Eduard Məmmədov, dicey Kənan Hüseynov, futbolçu Şəhriyar Rəhimov yer alıblar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !