• $ 1.7
  • € 1.9274
  • ₽ 0.020529
  • ₺ 0.0441
  • £ 2.2603

Bakı meriyası mitinq keçirilməsinə razılıq verdi

Bakı meriyası mitinq keçirilməsinə razılıq verdi
26.09.2018 17:19
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup ictimai-siyasi fəal tərəfindən Qarabağla bağlı mitinq keçirilməsinə yer ayrılması üçün ünvanlanan müraciətə müsbət cavab verib.

BAKU.WS xəbər verir ki, bununla bağlı mitinqin təşkil edilməsi ilə bağlı yaradılan Qarabağ Komitəsinin üzvü, jurnalist Əvəz Zeynallı "Report”a açıqlamasında deyib.

Onun sözlərinə görə, şəhər icra hakimiyyətində mitinqlə bağlı müraciətə baxılıb, Qarabağ Komitəsinin sentyabrın 29-da saat 15:00-dan 17:00-dək Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirilməsinə razılıq verilib. 

Komitə üzvünün sözlərinə görə, mitinqdə "Qarabağ bizimdir, bizim olacaq", "Ya Qarabağ, ya ölüm" və s. şüarlar səsləndiriləcək.

Ə.Zeynallı bildirib ki, ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar mitinqə dəstək verəcəklərini açıqlayıblar.

O qeyd edib ki, Qarabağ Komitəsinin mitinqə dəvətlə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasına və Real Partiyaya etdiyi müraciət cavabsız qalıb: "Biz həmin təşkilatlara yenidən müraciət etməyi düşünürük”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol