2024-cü il dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin sədri təyin edilmiş Vüsal Yusif oğlu Aslanov kollektivə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri, "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının sədri Rəşad Nəbiyev Bakı metropoliteninin formalaşma və tarixi inkişaf yolunun Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Nazir Prezidentin paytaxtın ictimai sərnişindaşıma nəqliyyatı sektorunda əhəmiyyətli rola malik olan Bakı metropoliteninin inkişafı və yeniliklərin tətbiqi məsələlərini daim diqqət mərkəzində saxladığını qeyd edib.
Rəşad Nəbiyev qarşıdan gələn dövrdə metropoliten rəhbərliyinin qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdıraraq, kollektivin səylərini əsirgəməyəcəyinə inandığını bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !