• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bakı metropoliteni sabah gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı metropoliteni sabah gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
23.10.2024 15:43
Sabah "Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi qarşılaşma ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin "Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Bu barədə səhmdar cəmiyyəti məlumat yayıb. 


Məlumata görə, paytaxtda təşkil olunan mədəni-kütləvi tədbirlərlə əlaqədar metronun əməliyyat planına əsasən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik” stansiyasına əlavə işçi qüvvəsi ayrılacaq.


Matça olan tamaşaçı marağı, eləcə də sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, növbətçilik cədvəli əsasında ayrılacaq metropoliten əməkdaşları səmti daha rahat müəyyən etmək üçün sərnişinləri yönləndirəcək və texniki işləri icra edəcəklər.


"Nərimanov” və "28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.


Gün ərzində qatarlar payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə əlavə qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.


Oyun başa çatdıqdan sonra qatarların hərəkəti "Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Güzdəkdə sexdə yanğın baş verib
Cəmiyyət 13:45
Güzdəkdə sexdə yanğın baş verib
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Cəmiyyət 12:10
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cəmiyyət 11:09
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Cəmiyyət 10:55
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Cəmiyyət 10:37
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Cəmiyyət 10:13
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol