"Bakı Metropoliteni” QSC-nin sifariş etdiyi qatarlardan daha 2-si paytaxta çatdırılıb. Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
" Yeni gətirilən 2 qatarın tənzimləmə-sınaq işləri müvafiq sənədləşmə prosedurları başa çatdıqdan sonra həyata keçiriləcək. Növbəti aylarda da gətiriləcək qatarlarla metropolitendə "Həzi Aslanov” – "Dərnəgül” istiqamətində qatarların böyük əksəriyyətini yeni nəsil qatarlar təşkil edəcək”, - o qeyd edib.
3 il ərzində Bakı metrosuna 13 yeni qatar və yaxud 65 yeni vaqon gətirilməlidir. Bu qatarların 7-si 2024-cü ildə çatdırılmalıdır.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !