Bakı metrosu bayram günlərinə qatarların sayını artıracaq

10:04 | 16.03.2023
Bakı metrosu bayram günlərinə qatarların sayını artıracaq

Bakı metrosu bayram günlərinə qatarların sayını artıracaq

Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər olacaq. Bu barədə qurumdan bildirilib. 

Bayram günlərində şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, bunun üçün isə növbətçilik cədvəli tərtib olunub.

Həmin ərəfədə qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Martın 19-21-də "Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik, martın 22-24-də isə 3 dəqiqəlik intervalla tənzimlənəcək. Bu stansiyada Qırmızı və Yaşıl xətlər birləşdiyindən "İçərişəhər” və "Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Bununla belə, sərnişin axınını tənzimləmək məqsədilə "Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.


"Bakmil” istiqamətinə və əksinə hərəkət edən qatarların hərəkət cədvəliisə martın 19-21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb