Bakı metrosu könüllülər üçün pullu oldu

16:40 | 29.06.2015
Bakı metrosu könüllülər üçün pullu oldu

Bakı metrosu könüllülər üçün pullu oldu

Bu gündən etibarən.

İyulun 1-dən etibarən Bakı-2015 I Avropa Oyunları ilə əlaqədar akkreditasiyadan keçmiş şəxslər üçün metro ödənişli olacaq.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, qatarlarda ingilis dilində anonslar saxlanılacaq.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, artıq Avropa Oyunları bitdiyi üçün Bakı metrosu əvvəlki iş qrafikinə keçib. 

"Metro bu gündən etibarən saat 6:00-dan 12:00-a kimi işləyəcək. Avropa Oyunları bitdiyi üçün akkreditasiyadan keçmiş jurnalistlərə və könüllülərə metroda gediş haqqı əvvəlki qaydada pullu olacaq”.

Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunları zamanı metro gücləndirilmiş iş rejimində işləyib.

Belə ki, Oyunlar zamanı metro səhər saat 05.00-dan gecə saat 02.00-a qədər işləyib. Avropa Oyunları ilə əlaqədar akkreditasiyadan keçmiş şəxslər üçün metro pulsuz olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM