Bakı metrosunda 22 qatarın istismar müddəti artırılacaq

12:17 | 02.10.2024
Bakı metrosunda 22 qatarın istismar müddəti artırılacaq

Bakı metrosunda 22 qatarın istismar müddəti artırılacaq

"Bakı Metropoliteni" QSC 22 qatarın istismar müddətini artıracaq. Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu il Bakı metrosunda 1 qatar istismar müddətini başa vurduğu üçün xətdən çıxarılıb.
 
"Bir qatar xətdən çıxarıldığı üçün hazırda xətdə olan qatarların sayı 60-dır. Yeni qatarlar xəttə buraxıldıqdan sonra isə qatarların sayı 67-yə çatacaq".

Yaxın 3 ildə metroda 65 yeni nəsil vaqonu və yaxud hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq. Bu qatarlardan 7-si və yaxud 35 vaqon 2024-cü ildə Bakıya gətirilməlidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM