Bakı metrosunda xətlər üzrə intervallar, əsasən bərpa olunub.Bu barədə səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
***
Bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.Bu barədə səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.Sərnişin qatar yolundan çıxarılıb və təmas relsinə yüksək gərginlik verilərək qatar yola salınıb.
Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub. Hazırda metronun Yaşıl və Qırmızı xətlərində hərəkət intervallarının tənzimlənməsi, qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.
19:12
Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.Bu barədə "Report" xəbər verir.
Hadisə qatar stansiyaya daxil olarkən baş verib.
Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !