Ötən gecə Bakı metropoliteninin Koroğlu stansiyasında 3 gənc qatarın hərəkətinin dayandırılmasına səbəb olub. İstiPress xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, 3 gənc qatarda qadın sərnişinin yanında əyləşib.
Xanım isə həmin gənclərin ona sataşdığını iddia edib. Məsələ böyüdüyündən polis hadisəyə müdaxilə edib. Polis gəncləri qatardan çıxarmaq istəsə də, gənclərin müqaviməti ilə qarşılaşıb.
Sonradan polis gəncləri qatardan çıxarmağa müvəffəq olub.
Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə 23:15-də Həzi Aslanov–Dərnəgül xətti üzrə hərəkət edən 32 saylı qatarda baş verib.
"Qatarda olan 3 gəncin xanıma sataşdığı və buna görə mübahisə yarandığı güman olunur. Qatar Koroğlu stansiyasında saxlanılıb və həmin şəxslər polisə təhvil verilib”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !