“Ulduz” stansiyasında sərnişin relsin üzərinə düşüb - Yenilənib

22:11 | 07.01.2025
“Ulduz” stansiyasında sərnişin relsin üzərinə düşüb - Yenilənib

“Ulduz” stansiyasında sərnişin relsin üzərinə düşüb - Yenilənib

Bu gün saat 21:30 radələrində Bakı Metropoliteninin "Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.Bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.

Məlumata əsasən, sərnişin hadisə nəticəsində ağır xəsarət alıb,ilkin tibbi yardım göstərildikdən sonra tibb müəssisəsinə aparılıb.

Sərnişinlər dərhal qatardan düşürülüb və yüksək gərginlik bərpa edildikdən sonra qatar "Nərimanov" stansiyasından elektrik deposuna yola salınıb.

Yaşıl və Qırmızı xətlər üzrə 17 dəqiqə yubanma qeydə alınıb.

Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.

Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.
 
 21:57

Bakı Metropoliteninin "Dərnəgül - Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar 15 dəqiqədən çoxdur, "Ulduz" - "Koroğlu” stansiyaları arasındakı tuneldə qalıb.Bu barədə "Report”a sərnişinlər məlumat verib.
 
Onların sözlərinə görə, qatarın hərəkətinin dayanmasına səbəb sərnişinlərdən birinin relslərin üstünə yıxılmasıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM