Bakı metrosunda sərnişindaşıma artıb

15:21 | 06.03.2024
Bakı metrosunda sərnişindaşıma artıb

Bakı metrosunda sərnişindaşıma artıb

2024-cü ilin fevralında Bakı metrosunda sərnişindaşıma illik müqayisədə 4,7 % artıb. Bu barədə "Bakı Metropoliteni” QSC məlumat yayıb.
 
Ötən ay Bakı metropolitenindən 17 milyon 895 min 498 sərnişin istifadə edib.
 
2019-cu ilə nəzərən 2024-cü ilin ikinci ayında 3,1 % az, 2022-ci ilin eyni dövrünə uyğun olaraq 19,3 % çox sərnişin daşınıb.
 
Bakıda yaxın 5-7 ildə 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır. Bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov söyləyib.

"Bakı Metropoliteni" QSC-nin davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və qurumun Müşahidə Şurası onu təsdiq edib. Planda minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metrostansiyanın tikintisi layihəsinə üstünlük verilib",- Ruslan Əlixanov fevralın 29-da metroda keçirilən "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" mövzusunda panel konfransında bildirib.
 
2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb.

 
Aytac



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM