Bakı metrosunda sərnişinlər qorxuya düşdü

10:51 | 02.11.2017
Bakı metrosunda sərnişinlər qorxuya düşdü

Bakı metrosunda sərnişinlər qorxuya düşdü

"Həzi Aslanov"da sərnişinlər stansiyadan çıxarıldı

Bakı metrosunda bu gün yenidən problem yaranıb. Şahidlərin İstiPress-ə verdikləri məlumata görə, hadisə səhər saat 08 radələrində "Həzi Aslanov" stansiyasında baş verib. Metrodan istifadə etmək üçün stansiyaya daxil olan sərnişinlər oradan çıxarılıb. Bir müddət onlar stansiyadan kənarda gözləməli olublar. Bu zaman hadisə yerinə yanğınsöndürənlər də cəlb ediliblər.

Təqribən yarım saatlıq fasilədən sonra təşvişə düşən sərnişinlərin yenidən stansiyaya daxil olmalarına icazə verilib. Problemlə əlaqədar qatarların intervalında da fasilə yaranıb. İlkin məlumata görə, "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda alışma olub. 

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev İstiPress-ə metroda problem yarandığını təsdiqləyib. Onun verdiyi məlumata görə, səhər saat 08:04-də 15 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranıb. "Həzi Aslanov" stansiyasında xətdən gərginlik çıxarılıb, daha sonra nasaz qatar xətdən çıxarılıb.

"Həzi Aslanov" stansiyasında gərginlik olmadığı üçün qatarlar "Əhmədli" və "Neftçilər" stansiyasından digər xəttə verməklə geri qaytarılıb. "Yarım saat sonra "Həzi Aslanovda" da hərəkət bərpa olundu. Əsas gecikmə sadəcə ilk 15 dəqiqədə baş verdi. Daha sonra intervalı bərpa etdik, qrafikdə pozulma baş versə də problem aradan qaldırıldı".

Onun sözlərinə görə, qatarların bəzi stansiyalarda gözlədilməsi də sırf qrafiki bərpa etmək məqsədi güdürdü. "Qatarlar tunellərdə qalmasın deyə stansiyalarda saxlayırdıq". 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM