Bakı metrosunun deposuna gizli girən xarici vətəndaşlar tutulub

13:54 | 30.03.2024
Bakı metrosunun deposuna gizli girən xarici vətəndaşlar tutulub

Bakı metrosunun deposuna gizli girən xarici vətəndaşlar tutulub

Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb. Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
 
Turist kimi Azərbaycanda olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olub bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar.
 
Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib.
 
Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM