Azərbaycan millisinin növbəti ev oyunlarınadək meydan hazır olacaq.
Bakı Olimpiya Stadionunda (BOS) ot örtüyünün dəyişdirilmə prosesinə başlanılıb.
BOS-dan "Report"a verilən məlumata görə, məqsəd futbol üzrə Azərbaycan milli komandasının gələcək oyunlarının beynəlxalq standartlara cavab verən meydanda keçirməkdən ibarətdir.
Ot örtüyünün bərpa prosesi bitdikdən sonra Stadion Turları yenidən fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki son 2 ev oyununu - sentyabrın 4-də San Marino, oktyabrın 5-də isə Çexiya yığmaları ilə qarşılaşmaları BOS-da keçirəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !