Bunu Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev millət vəkili Aytən Mustafayevanın iddialarına cavab olaraq bildirib.
Xidmət rəisi "metroda yoxlamalar ciddi aparılmır. Məgər metroda polislər yoxdur?”, - iddiasına cavab olaraq bildirib ki, günün pik saatlarında metroya çoxsaylı sərnişinin daxil olduğunu nəzərə alsaq, hər bir şəxsin üzərinə, çantasına xüsusi avadanlıq vasitəsilə baxış keçirilsə, orda yaranacaq sıxlığı təsəvvür etmək çətin deyil:
Xatırladaq ki, millət vəkili Aytən Mustafayeva Milli Məclisdə çıxışı zamanı metroda yoxlamaların ciddi aparılmadığını iddia etmişdi:
"Bu gün metroda yoxlamalar ciddi aparılmır. Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !