Bakı polisindən MSK-nın qarşısındakı aksiya ilə bağlı açıqlama

21:51 | 16.02.2020
Bakı polisindən MSK-nın qarşısındakı aksiya ilə bağlı açıqlama

Bakı polisindən MSK-nın qarşısındakı aksiya ilə bağlı açıqlama

Bakı Şəhər Baş Polis İdarəsi (BŞPİ) Mərkəzi Seçki Komissiyasının qarşısında keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: 

"Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar. Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb".





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM