Bakı polisinə yeni yüksək təyinat

11:01 | 02.12.2020
Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinat olub.

"Report”un xəbərinə görə, polis polkovniki Vüqar Ələkbərov BŞBPİ rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsinə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Teymur Hacıyev tuturdu. Bir neçə gün əvvəl polis general-mayoru Teymur Hacıyev vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilmişdi.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti

Telegram kanalımıza abunə ol ! tg_kanal