Bakı-Qazax yolunda faciə: Sürücü sükan arxasında öldü

18:49 | 18.01.2020
Bakı-Qazax yolunda faciə: Sürücü sükan arxasında öldü

Bakı-Qazax yolunda faciə: Sürücü sükan arxasında öldü

Hacıqabulda sürücü sükan arxasında ölüb. 

Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 155-ci kilometrliyində baş verib. 

Rusiya Federasiyası vətəndaşı olan azərbaycanlı 1965-ci il təvəllüdlü Nasirov Elçin Şiralı oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən özünü pis hiss edib. O, avtomobili yolun kənarına çəkərək saxlayıb, yolda xidmət edən yol polisinə müraciət edib. 

E.Nasirovun halının pis olduğunu görən yol polisi dərhal əraziyə təcili tibbi yardım briqadası çağırıb. Təcili tibbi yardım briqadası əraziyə çatana qədər sürücü sükan arxasında dünyasını dəyişib. 
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb