• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Bakı-Quba-Rusiya avtomobil yolunun 129 kilometrlik hissəsi ödənişli olacaq

Bakı-Quba-Rusiya avtomobil yolunun 129 kilometrlik hissəsi ödənişli olacaq
06.09.2023 19:25

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyən ediləcək.
 
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, "Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.

Avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələri:
başlanğıc nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometri;
son nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun R-5 Qusar-Xudat avtomobil yolu ilə kəsişməsi.
Ödənişli avtomobil yolunun uzunluğu - 129 kilometr.

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 75-ci kilometri - Giləzi qəsəbəsi;
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 105-ci kilometri - Siyəzən rayonu;
R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci kilometri - Gəndob qəsəbəsi;
R-4 Quba-Xaçmaz avtomobil yolunun 19-cu kilometri - Xaçmaz rayonu;
R-5 Qusar-Xudat yolunun 22-ci kilometri - Xaçmaz rayonu.
Ödənişli avtomobil yolunun texniki göstəriciləri:
texniki dərəcəsi - I b;
hərəkət zolaqlarının sayı - 4;
hərəkət zolağının eni - 3,75 metr;
yol çiyninin eni - 3,75 metr;
ayırıcı zolağının eni - 5 metr;
torpaq yatağının eni - 27,5 metr;
dayanma zolağının eni - 2,5 metr;
yol çiyninin bərkidilmiş zolağının eni - 0,75 metr;
ayırıcı zolaqda bərkidilmiş zolağın eni - 1 metr.
Alternativ ödənişsiz avtomobil yolunun uzunluğu, marşrutu və əsas texniki göstəriciləri:
uzunluğu - 142 kilometr;
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-194-cü kilometrədək olan hissəsi;
texniki dərəcəsi - 80 kilometr I b dərəcəli, 62 kilometr II dərəcəli;
hərəkət zolaqlarının sayı - I b dərəcəli yol üzrə 4, II dərəcəli yol üzrə 2;
hərəkət zolağının eni - 3,75 metr;
yol çiyninin eni - 3,75 metr;
ayırıcı zolağının eni - I b dərəcəli yolda 5 metr;
torpaq yatağının eni - I b dərəcəli yol üzrə 27,5 metr, II dərəcəli yol üzrə 15 metr;
dayanma zolağının eni - 2,5 metr;
yol çiyninin bərkidilmiş zolağının eni - 0,75 metr;
ayırıcı zolaqda bərkidilmiş zolağın eni - I b dərəcəli yolda 1 metr.
Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq etməlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəssam emalatxanasında ölü tapılıb
Cəmiyyət 09:50
Rəssam emalatxanasında ölü tapılıb
AzTV üzr istədi
Cəmiyyət 00:03
AzTV üzr istədi
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
Cəmiyyət 20:15
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq
Cəmiyyət 19:56
BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Cəmiyyət 19:40
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Bakıda 9 marşrut üzrə avtobusların hərəkətində ləngimələr var
Cəmiyyət 18:26
Bakıda 9 marşrut üzrə avtobusların hərəkətində ləngimələr var
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb
Cəmiyyət 17:19
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
Cəmiyyət 16:42
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
Lerikə yeni prokuror təyin edilib
Cəmiyyət 16:02
Lerikə yeni prokuror təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol