Bakı-Roma aviareysinin bərpası sual altındadır

18:55 | 03.11.2015
Bakı-Roma aviareysinin bərpası sual altındadır

Bakı-Roma aviareysinin bərpası sual altındadır

 "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Bakı-Roma-Bakı marşrutu ilə sərnişin aviareyslərinin bərpası məsələsi sual altındadır.
 
Şirkətdən "Report"a verilən məlumata görə, reysin bərpası bu marşruta olan carı tələbatın səviyyəsindən asılı olacaq: "Hazırda isə bu barədə danışmaq bir qədər tezdir".

Qeyd edək ki, Bakı-Roma-Bakı marşrutu ilə müntəzəm reysləri sentyabr ayının sonunda ləvğ edilib. Heydər Əliyeva Hava Limanından "Report"a bildirilib ki, reys sərnişin azlığına görə ləvğ olunub. Lakin hazırda İtaliya istiqamətində Bakı-Milan aviareysi yerinə yetirilir. Bu reyslər həfətinin II və V günlər saat 07:30-da həyata keçirilir. Gediş-dönüş biletinin qiyməti təxminən 465 manat təşkil edir.

Xatıradaq ki, Bakı-Roma-Bakı aviareysi 2012-ci ilin aprelində açılıb. Uçuşları yerinə yetirən "Airbus-319" tipli təyyarə (125 sərniş) ilə yerinə yetirilib. Reyslər həftənin II, IV və VI günlər həyata keçirilib, iki tərəfə uçuşun qiyməti isə təqribən 417 manat olub.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM