Bakı sakini 5 kq narkotiklə tutuldu

21:30 | 21.01.2021
Bakı sakini 5 kq narkotiklə tutuldu

Bakı sakini 5 kq narkotiklə tutuldu

Bakı sakinində narkotik aşkarlanıb.


Bu barədə Anews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adıgözəlov saxlanılıb.


Şəxsi axtarış zamanı ondan metamfetamin, "VAZ-2108” markalı avtomobilinə baxış zamanı isə 2 kq-dan artıq heroin və 3 kq-dan artıq marixuana aşkar edilərək götürülüb.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM