Bakıda intihara cəhd olub. Nəsimi rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Azərbaycan Beynəlxalq Bankının əsas ofisinin qarşısında əlində bir qab yanacaq olan Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Emil Natiq oğlu Əliyev özünü yandıracağını deyib. Hadisə yerinə polis əməkdaşları gəlib. E.Əliyevdə aparılan profilaktiki söhbət nəticəsində onu fikrindən yayındırmaq mümkün olub.
Polisdən verilən məlumata görə, E.Əliyev dələduzluqla üzləşdiyi üçün canına qəsd etmək istəyib. Artıq onun şikayəti əsasında polisdə təhqiqat araşdırmasına başlanıb.
Beynəlxalq bankdan ANN.Az-a verilən xəbərə görə, vətəndaş Emil Natiq oğlu Əliyevin
etirazı Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə aid deyil. Onun etirazı
vaxtilə Bankda sürücü işləmiş şəxslə bağlıdır. Belə ki, həmin şəxs E.N.Əliyevin
etibarından sui-istifadə edərək ondan pul alıb və geri qaytarmayıb.
Vətəndaşlara qarşı bu cür dələduzluq əməlləri üzə çıxarılan sürücü ötən il işdən kənarlaşdırılıb. Eyni zamanda, bu əməllərinə hüquqi qiymət verilməsi üçün Bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və o, hazırda həbsdədir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !