Bakı Şəhər İcra Hakimiyyəti yanmış binanın təmirinə başladı

17:38 | 21.05.2015
Bakı Şəhər İcra Hakimiyyəti yanmış binanın təmirinə başladı

Bakı Şəhər İcra Hakimiyyəti yanmış binanın təmirinə başladı

Ümumilikdə həm yardımlar, həm də təmir-bərpa işləri üçün ilkin olaraq 5 milyon manat pul ayrılıb.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Modern.az-a bildirib.

Merin sözlərinə görə, Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğından sonra imkanlı şəxslər və ya şirkət rəhbərlərinin yardımına ehtiyac yoxdur.

"Ona görə ki, bu işlərin hamısına dövlət tərəfindən vəsait ayılıb. Sözsüz ki, belə təkliflər gəlir. Amma biz onlara minnətdarlığımızı bildirib demişik ki, dövlət bütün bu işlər üçün nəzərdə tutulan vəsaiti özü ayırıb və ayıracaq. Dövlət vəfat edən və yaralı insanlara, əmlakını itirən sakinlərin hamısına birdəfəlik maddi yardım verib.

Ümumilikdə həm yardımlar, həm də təmir-bərpa işləri üçün ilkin olaraq 5 milyon manat pul ayrılıb. Əgər bu vəsait çatmasa, yenidən ayrılması nəzərdə tutulub. Hələlik biz bu insanların ilkin maddi yardımını verməliyik. Əlimizdən gələni edəcəyik ki, oradan köçən əhali narahat qalmasın”.

Hacıbala Abutalıbov bu gün yanmış binanın dayanıqlılığının yoxlanıldığını da deyib: 

"Bina dayanıqlıdır və iki saat bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti binanın təmirinə başladı. Təmir-bərpa işləri 24 saat boyunca davam edəcək. Biz çalışacağıq ki, tez bir zamanda və yüksək səviyyədə binanın təmiri başa çatsın. Ayrılan vəsait binanın və mənzillərin təmirinə aiddir, mənzillərə mebellərin quraşdırılmasına yox”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM