Bakı səhəri bədbəxt hadisə xəbəri ilə açdı

09:49 | 29.04.2017
Bakı səhəri bədbəxt hadisə xəbəri ilə açdı

Bakı səhəri bədbəxt hadisə xəbəri ilə açdı

Bakının Suraxanı rayonunda ardarda iki bədbəxt hadisə baş verib.

ANN.Az report-a istinadən xəbər verir ki, eyni ünvanda yaşayan kişi və qadın binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq xəsarət alıb.

Hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Əvvəlcə qəsəbənin ev 7A ünvanında yaşayan 1972-ci il təvəllüdlü Hüseynova Nəzakət, ardınca isə 1982-ci il təvəllüdlü Rzayev Teymur Vaqif oğlu 3-cü mərtəbənin eyvanından yerə yıxılıb. Onların hər ikisi xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM