• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Bakı səhnəsində “Leyli və Məcnun” və “Qobustan kölgələri” – REPORTAJ

Bakı səhnəsində “Leyli və Məcnun” və “Qobustan kölgələri” – REPORTAJ
05.02.2016 15:37
Rüstəm Qasımov

Bir neçə gün əvvəl Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında "Leyli və Məcnun” və "Qobustan kölgələri” birpərdəli tamaşalarının nümayişi keçirildi. Əvvəlcə iki böyük aşiq Qeys və Leylinin ürəklərini birləşdirən əfsanəvi məhəbbət barədə danışaq. Baletin musiqisini əfsanəvi azərbaycanlı bəstəkar Qara Qarayev yazıb. Librettoya qaldıqda isə, o, 12-cü əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəviyə məxsusdur. 

Tamaşanın keçirildiyi gecəyə paytaxtın mədəni hadisələrini buraxmaq istəməyən sənətsevərlər və həvəskarlar gəlmişdilər. Qeys rolunda Azərbaycan opera və balet teatrının solisti, xalq artisti, həyatını balet sənətinə həsr etmiş Gülağası Mirzəyev çıxış edirdi. 
 


Leyli rolu isə ilk dəfə gənc və istedadlı azərbaycanlı balerina Elmira Süleymanovaya həvalə olunmuşdu, o, öz potensialını sübut etmək üçün maksimum səy göstərirdi. Həyacana baxmayaraq, Süleymanova işini layiqincə gördü və ona olan ümidləri doğrultdu. 

Qeyd edək ki, baletin bu quruluşunu 2001-ci ildə Georgi Aleksidze verib. Tamaşa birpərdəli olsa da, tamaşaçılar artistlərin çıxışından məmnun qaldılar. Gülağası Mirzəyevin emosional və hissiyatlı çıxışını mütləq qeyd etmək lazımdır. Artistlər sanki təkcə öz partiyalarını ifa etmirdilər, həm də obrazlarının faciələrini yaşayırdılar. 
 


Tamaşanın əsas qəhrəmanlarının duet şəklində rəqs etdikləri səhnələr xüsusilə təsirli idi. 

Orkestrin tərifəlayiq ifasını da mütləq qeyd etmək yerinə düşər. Orkestri opera və balet teatrının dirijoru, beynəlxalq müsabiqələr qalibi, "Zirvə” dövlət mükafatı laureatı Eyyub Quliyev idarə edirdi və həmin gecə dirijor öz zirvəsində idi. 
 


Tamaşa bitəndən sonra da tamaşaçılar hələ bir neçə dəqiqə heyəti alqışladılar. 

Bu tamaşa bitəndən sonra daha birpərdəli tamaşa "Qobustanın kölgələri”nin nümayişi başladı. 1969-cu ildə yazılmış tamaşanın librettosu Vyaçeslav Yesman və Maqsud Məmmədovdur. Musiqi isə görkəmli azərbaycanlı bəstəkar Fərəc Qarayevə məxsusdur. 
 


Balet bir-biriylə əlaqəli 4 hissədən ibarətdir – "Od”, "Günəş”, "Ov” və "Rəssam”dan. İlk üç hissədə xorla və "Yallı” musiqisi elementlərində personajlaın münasibətləri, xarakter və hissləri ifadə olunur. Artislər bədənlərini xüsusi yapışdırılan və çılpaq effekti yaradan geyimlərlə ovçu obrazlarını yaratmışdılar. Qənimət əldə etmək istərkən, onlar tayfalarına hücum edən düşmənə müqavimət göstərirlər. Dördüncü hissədə öz küncündə səhnələri cızan rəssam göstərilir.  

Elmi, mədəniyyəti, təhsil və maarifçiliyi təbliğ edən ANN.Az portalı paytaxtımızda baş tutan mədəniyyət tədbirlərini diqqətdən kənarda qoymur. Bu dəfə diqqətinizə "Leyli və Məcnun” operasından çəkdiyimiz fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 


























www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Filarmoniyada klassik musiqi konserti - REPORTAJ
Mədəniyyət 08:34
Filarmoniyada klassik musiqi konserti - REPORTAJ
Bakıda ekskuliziv işlər sərgisi keçirildi – REPORTAJ
Mədəniyyət 06:17
Bakıda ekskuliziv işlər sərgisi keçirildi – REPORTAJ
Anastasiya Tolstova: “Nail olduğum nə varsa, özüm nail olmuşam” – MÜSAHİBƏ
Mədəniyyət 01:08
Anastasiya Tolstova: “Nail olduğum nə varsa, özüm nail olmuşam”MÜSAHİBƏ
Bakıda “Françeska da Rimini” baletinin premyerası – REPORTAJ
Mədəniyyət 23:18
Bakıda “Françeska da Rimini” baletinin premyerası – REPORTAJ
Elnur Həsənov: “Rəssamlıq Allah vergisidir” – MÜSAHİBƏ
Mədəniyyət 22:39
Elnur Həsənov: “Rəssamlıq Allah vergisidir”MÜSAHİBƏ
Xor monastrı - Bizans kültürünün kiçik adası - FOTO
Mədəniyyət 21:26
Xor monastrı - Bizans kültürünün kiçik adası - FOTO
Rahmi Koç sənaye muzeyinin paravozları - FOTOLAR
Mədəniyyət 19:00
Rahmi Koç sənaye muzeyinin paravozları - FOTOLAR
Lahıcın dağ bitkiləri və ədviyyatları - FOTOLAR
Mədəniyyət 15:10
Lahıcın dağ bitkiləri və ədviyyatları - FOTOLAR
Bakıda Aida Mahmudovanın fərdi sərgisi keçirilir - FOTOREPORTAJ
Mədəniyyət 15:14
Bakıda Aida Mahmudovanın fərdi sərgisi keçirilir - FOTOREPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol