"Bakı-Sumqayıt" dəmir yolunda son işlər görülür

19:10 | 28.08.2015

"Bakı-Sumqayıt" dəmir yolunda son işlər görülür

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir. 


"Qafqazinfo”nun məlumatına görə, "Azərbaycan Dəmir Yolları” QSC-dən Azərtac-a bildirilib ki, hazırda burada son işlər görülür. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun qoyuluşu davam edir. Bu gün 600 metr yol qoyulacaq.

Eyni zamanda, Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda bəzi tamamlama işləri aparılır. Sumqayıt sərnişin stansiyasının söküntüsü davam edir. Köhnə binanın yerində müasir standartlara uyğun ikimərtəbəli stansiya inşa olunacaq.

Xatırladaq ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 2015-ci ilin martında start verilib və bu günə kimi 61 kilometr yol əsaslı təmir olunub. Təmir işlərini infrastruktur departamentinin iştirakı ilə "Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM