Bakı-Sumqayıt dəmir yolunun gediş haqqı nə qədər olacaq?

12:50 | 03.08.2015
Bakı-Sumqayıt dəmir yolunun gediş haqqı nə qədər olacaq?

Bakı-Sumqayıt dəmir yolunun gediş haqqı nə qədər olacaq?

"Bakı və Sumqayıt şəhərləri arasında işləyəcək dəmir yolu sərnişin qatarına biletin qiymətinin analoji marşrutlu avtomobil tariflərindən xeyli az olmasına çalışacağıq". "Report"un məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları"QSC-nin sədri Cavid Qurbanov deyib. 

Yoxlamalara görə, Sumqayıtla Bakı arasında avtomobil yollarında gedən maşınların sayı 259 min olduğunu bildirən qurum sədri əlavə edib ki, dəmir yolundan istifadə edəcək şərnişinlərin sayı ümumilikdə 100 mindən çox olacaq.

"Dəmir yolu ilə ilkin olaraq təqribən 20-30 min insan daşıyacağıq. Bu gün insanlar Bakı-Sumqayıt arasında təxminən 1-1,20 manat xərcləyirlər. Amma biz tarifləri xeyli ucuz edəcəyik", - deyə C.Qurbanov bildirib.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM