Oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, son vaxtlar artan sərnişin sıxlığını və sərnişinlərin təkliflərini nəzərə alaraq, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılıb, reyslər arasındakı intervallar azaldılıb. Elektrik qatarları gün ərzində 20 reys edəcəklər. 10-u Bakı Sərnişin Stansiyasından Sumqayıt Sərnişin Stansiyasına və 10-u isə əks istiqamətə hərəkət edəcək.
Beləliklə, oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik qatarları Bakı Sərnişin Stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt Sərnişin Stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10, 18:40, 20:00, 20:50 və 21.20-də yola düşəcək.
Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Bakı Sərnişin Stansiyasından saat 05:00-da və 05:20-də, Sumqayıt Sərnişin Stansiyasından isə saat 07:00-da və 07:30-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.
Sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.
BAKI- SUMQAYIT ELEKTRİK QATARLARININ HƏRƏKƏT CƏDVƏLİ
(18.10.2015-ci il)
Qatar№-si | Bakıdan getmə vaxtı | İstiqamət | Sumqayıt sərn.Çatma vaxtı | Qatar№-si | Sumqayıt sərn.Getmə vaxtı | İstiqamət | Bakıya çatma vaxtı | |
6001 | 5-00 | Bakı-Sumqayıt sərnişin. | 5-48 | 6002 | 7-00 | Sumqayıt-sərn.-Bakı | 7-48 | |
6003 | 5-20 | Bakı-Sumqayıt sərnişin. | 6-08 | 6004 | 7-30 | Sumqayıt-sərn.-Bakı | 8-18 | |
6005 | 5-35 | Bakı-Sumqayıt sərnişin. | 6-23 | 6006 | 7-45 | Sumqayıt-sərn.-Bakı | 8-33 | |
6007 | 5-50 | Bakı-Sumqayıt sərnişin. | 6-38 | 6008 | 8-00 | Sumqayıt-sərn.-Bakı | 8-48 | |
6009 | 8-30 | Bakı-Sumqayıt sərnişin. | 9-18 | 6010 | 9-30 | Sumqayıt-sərn.-Bakı | 10-18 | |
6011 | 16-00 | Bakı-Sumqayıt sərnişin. | 16-48 | 6012 | 17-10 | Sumqayıt-sərn.-Bakı | 17-58 | |
6013 | 17-35 | Bakı-Sumqayıt sərnişin. | 18-23 | 6014 | 18-40 | Sumqayıt-sərn.-Bakı | 19-28 | |
6015 | 18-30 | Bakı-Sumqayıt sərnişin. | 19-18 | 6016 | 20-00 | Sumqayıt-sərn.-Bakı | 20-48 | |
6017 | 19-00 | Bakı-Sumqayıt sərnişin. | 19-48 | 6018 | 20-50 | Sumqayıt-sərn.-Bakı | 21-38 | |
6019 | 19-50 | Bakı-Sumqayıt sərnişin. | 20-38 | 6020 | 21-20 | Sumqayıt-sərn.-Bakı | 22-08 |
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !