Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb - ADY

21:32 | 22.02.2024
Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb - ADY

Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb - ADY

Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürət sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılıb və qatarın hərəkəti bərpa olunub. Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunur.

Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı yayımlanmış xəbərlər həqiqəti əks etdirmir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM