Bakı-Sumqayıt qatarının gecikmə səbəbi məlum oldu

14:40 | 27.03.2017
Bakı-Sumqayıt qatarının gecikmə səbəbi məlum oldu

Bakı-Sumqayıt qatarının gecikmə səbəbi məlum oldu

Bakı-Sumqayıt sürət qatarının gecikmə səbəbi məlum olub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, gecikməyə qatar yolundakı elektrik xəttində yaranan problem səbəb olub: "Keşlə stansiyası ərazisində elektrik xəttində qəfil problem yaranıb. Nəticədə Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatar 40 dəqiqə gecikmə ilə hərəkət edib. Xətdəki nasazlıq aradan qaldırılıb və qatar mənzil başına çatıb. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, normal qrafiklə hərəkət davam etdirilir".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM