ANN.Az Report-a istinadən xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə reanimasiyada ağır komada olan 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə bu gün səhər saatlarında dünyasını dəyişib.
L.Nəsirzadənin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, L.Nəsirzadə Sumqayıt Dövlət Universitetinin tələbəsi idi.
Xatırladaq ki, qəza baş verən gün, martın 9-da Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova dünyasını dəyişiblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !