Günün pik saatlarında Bakı-Sumqayıt yolunda 2-3 km uzunluğunda sıxlıq və tıxac müşahidə olunur. Səhər saatlarında şəhər istiqamətində, gecə saatlarında isə şəhərdən çıxış ərazilərində bu cür mənzərə yaşanır.
Ekspert bildirib ki, Bakı-Sumqayıt yolundakı tıxac probleminin həlli ilə bağlı artıq dövlət başçısı tərəfindən göstəriş verilib.
"Həmçinin Avtomobil Yolları Agentliyi məlumat verib ki, bu yaxınlarda orda müəyyən işlər görüləcək. Mən bildiyimə görə ilin sonuna qədər Bakı-Sumqayıt yolunun, daha çox Xırdalan və "Şamaxinka” dairəsinin genişləndirilməsi ilə əlaqədar layihələr olacaq. Çünki tıxac yaradan əsas yerlər məhz həmin nöqtələrdir. Mənə elə gəlir ki, hər iki zonada Koroğlu metrostansiyası ətrafında gördüyümüz asma şaxələnmiş körpülərin, yol ötürücülərinin mini formasını yaratmaq, yəni buna bənzər bir sistem yaratmaq olar. Bu daha əlverişli ola bilər”.
Elməddin Muradlı qeyd edib ki, bu layihələr hazırlanarkən yalnız indini deyil, gələcəyi də düşünmək lazımdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !