Bakı-Sumqayıt yolunda zəncirvari qəza: Yaralılar var - VİDEO

20:10 | 21.05.2019
Bakı-Sumqayıt yolunda zəncirvari qəza: Yaralılar var - VİDEO

Bakı-Sumqayıt yolunda zəncirvari qəza: Yaralılar var - VİDEO

Sumqayıt şəhərinin girişində biri sərnişin avtobusu olmaqla 3 nəqliyyat vasitəsi toqquşub. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.Hadisə təxminən saat 16:30 radələrində qeydə alınıb.

"Hyundai” markalı, 90 PD 038 dövlət qeydiyyatı nişanlı  minik maşını 90 AM 802 dövlət qeydiyyatı nişanlı yük maşını ilə toqquşub. Daha sonra "Hyundai” Sumqayıt istiqamətində hərəkət edən 50 AE 730 dövlət qeydiyyatı nişanlı sərnişin avtobusuna dəyib. 
Qəza nəticəsində avtobus sərnişinlərindən xəsarət alan olmayıb. "Hyundai”in sürücüsü və sərnişini  isə yaralandıqları üçün xəstəxanaya aparılıblar. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM