Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neftin ixracı iyunda azalacaq

15:11 | 11.05.2022
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neftin ixracı iyunda azalacaq

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neftin ixracı iyunda azalacaq

Bakı-Tbiliisi-Ceyxan (BTC) boru kəməri iləneftin ixracı bu ilin iyununda  mayına nisbətən 17,24 milyon barreldən 16,63 milyon barrelə kimi azalacaq.  Bu barədə bazarda olan treyderlər məlumat verir. 

Azalmaya səbəb iyunun may ayına nisbətən daha qısa olmasıdır. İyunda azalma 0,3% təşkil edəcək. 

2022-ci ilin m birinci rübündə BTC ilə neft daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 6,87 milyon tondan 6,67 milyon tona kimi azalıb. 

Bu kəmərlə tranzit neftinin daşıması isə əksinə 0,858 milyon tondan 1,201 milyon tona kimi artıb. 
 
2022-ci ilin mayında Ukraynada baş verən müharibə və Qara dəniz limanlarına tankerlərin yan almasında yaranan problemə görə, Bakı-Novorossiysk və Baku-Supsa neft kəmərləri ilə ixrac edilləcək Azərbaycan nefti də BTC-ə yönləndirilib. 
 
İyunda vəziyyətin necə olacağı ilə bağlı Xəzərin Azərbaycan sektorunda əsas neft hasilatçıları olan BP və SOCAR qərarını mayın sonunda verəcəklərini bildiriblər.

Azərbaycan neftinin 77,2% BTC ilə  dünya bazarına ixrac edilir. 

BTC  boru kəmərinin uzunluğu 1.768 kilometr təşkil edir. Bu kəmər Xəzər dənizindən hasil edilən nefti Türkiyənin Ceyhan kəmərinə çıxartmaq üçün nəzərdə tutulub.  Borunun  illik gücü 50 milyon ton təşkil edir. 

Səkinəxanım Məmmədova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb