Böyük Britaniyanın BP şirkəti tərəfindən idarə olunan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracı 2024-cü ilin yanvar-iyununda əvvəlki ilin eyni dövründəki 14,468 milyon tondan 15,025 milyon tona qədər azalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
BTC ilə nəql edilən tranzit neftin həcmi 2,694 milyon tondan 2,455 milyon tona qədər azalıb.
Azərbaycan BTC ilə nəql olunan neftin ümumi həcminin 76,5 faizini nəql edib ki, bu da cari ilin yanvar-iyununda 19,6 milyon ton təşkil edib. BTC vasitəsilə Azərbaycandan başqa Qazaxıstan və Türkmənistan da neft ixrac edir.
Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına nefti tankerlərlə daşınmaq üçün çatdıran BTC-nin ümumi uzunluğu 1768 kilometrdir. Boru kəmərinin gücü sutkada 1,2 milyon barel neft ixrac etməyə imkan verir. Boru kəməri layihəsi BTC-nin ötürmə qabiliyyətini sutkada 2,2 milyon barrelə qədər artırmağa imkan verir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !