Azərbaycan və Qırğızıstan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında memorandumun həyata keçirilməsinə dair Niyyət Protokolu imzalanıb.Bu barədə Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Protokolu Azərbaycanın təbii sərvətlər və ekologiya naziri Muxtar Babayev və Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev Bakıda keçirilən Pre-COP29 tədbiri çərçivəsində imzalayıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !