Bakı və Budapeşt imzalanmaq üçün 2 sənəd hazırlayır

20:52 | 08.02.2023
Bakı və Budapeşt imzalanmaq üçün 2 sənəd hazırlayır

Bakı və Budapeşt imzalanmaq üçün 2 sənəd hazırlayır

İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının (İƏK) növbəti iclası keçiriləcək.Bu barədə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə məlumat verib.

"Fevralın 16-17-də İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası keçiriləcək. Bu  Azərbaycan prezidentin səfərinin yekunları üzrə gücləndirici və inkişaf etdirici element kimi dəyərləndirilməlidir”, -  Tağızadə  bildirib.

Səfir qeyd edib ki, bu ilin mart-aprelində iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri nəzərdə tutulub. Hazırda Bakı və Budapeşt imzalanmaq üçün iki sənəd hazırlayır.

Tağızadə qeyd edib ki, 2022-ci ildə Azərbaycan-Macarıstan qarşılıqlı ticarət dövriyyəsinin həcmi 47 milyon dollar təşkil edib.

Səfir əlavə edib ki, Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Qarabağda və Şərqi Zəngəzurda layihələrdə iştirak etməkdə maraqlıdırlar.
 
"Mən bilirəm ki, tikinti, su təsərrüfatı, infrastrukturun inkişafı, ağıllı kəndlərin tikintisi, nəqliyyat, əczaçılıq sahəsində bir çox Macarıstan şirkətləri təkcə Azərbaycanla ticarət əlaqələrinin qurulmasına deyil, həm də birgə istehsal və investisiyaya böyük maraq göstərirlər”, - Tağızadə vurğulayıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM