"Müharibə ehtimalını ən aşağı həddə endirmək üçün tərəflərin əldə edilmiş razılıqları həyata keçirməsi zəruridir”
Sabiq həmsədr bildirib ki, təmas xəttində beynəlxalq müşahidəçilərin sayını artırmaq və onlara atəşkəs rejiminin pozulması hallarının araşdırılması səlahiyyətini vermək lazımdır.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar və Rusiya birlikdə Dağlıq Qarabağda atəşkəsrejiminin pozulmasına dair məlumat mübadiləsi apara bilər.
Brifinqdə çıxış edən Minsk qrupunun digər keçmiş həmsədri Ceyms Uorlik isə qeyd edib ki, kütləvi informasiya vasitələrinin məlumatlarına baxmayaraq, realda tərəflərin mövqeləri bir-birinə yaxındır. "Tərəflər bir neçə dəfə razılığa gəliblər, bu, sonuncu dəfə 2011-ci ildə olub”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !