Bakı və rayonlar üzrə koronavirusa yoluxma faizi açıqlandı

12:28 | 23.06.2020
Bakı və rayonlar üzrə koronavirusa yoluxma faizi açıqlandı

Bakı və rayonlar üzrə koronavirusa yoluxma faizi açıqlandı

Paytaxt Bakı və Azərbaycanın rayonları üzrə koronavirusa yoluxma faizi açıqlanıb.

Anews.az koronavirusinfo.az-a istinadən verdiyi məlumata görə, yoluxma halları Bakı şəhərində artaraq 52.0 faiz olub.

Məlumata əsasən, Abşeronda yoluxma 15.3 faiz, Gəncə-Qazax bölgəsində 10.3 faiz, Aranda 8.1 faiz, Lənkəranda 6.4 faiz, Quba-Xaçmazda 1.7 faiz, Şəki-Zaqatalada 1.5 faiz, Yuxarı Qarabağda 1.2 faiz, Dağlıq Şirvanda 1.5 faiz təşkil edib. Naxçıvanda yoluxma 0.03 faiz, xaricdən gələnlərdə yoluxma halları isə 1.9 faiz təşkil edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb