Bakı və Tehran arasında ticarət dövriyyəsi təxminən 27 faiz artıb

13:22 | 10.01.2023
Bakı və Tehran arasında ticarət dövriyyəsi təxminən 27 faiz artıb

Bakı və Tehran arasında ticarət dövriyyəsi təxminən 27 faiz artıb

Azərbaycanla İran arasında doqquz ayda (2022-ci il martın 21-dən dekabrın 21-dək, İran təqviminə görə yeni il martın 21-də başlayır, -red) ticarət dövriyyəsi 533,11 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,67% çoxdur.  Bu barədə İranın "Financial Tribune” qəzeti  İran Gömrük İdarəsinə istinadən xəbər verir.
 
İran Gömrük İdarəsinin (IRICA) məlumatına görə, mart-dekabrda Azərbaycan İranın Xəzəryanı ölkələr arasında Rusiyadan sonra ikinci əsas ticarət tərəfdaşı olub.  Belə ki,ölkələr arasında dəyəri 1,63 milyard dollar olan 2,86 milyon ton mal daşınıb ki , bu da 2021-ci ilin eyni dövründən 19,51% azdır. 

Rusiya və Azərbaycandan sonra ticarət dövriyyəsinə görə İranın üçüncü tərəfdaşı Türkmənistan və Qazaxıstan olub. 

Statistikaya görə, hesabat dövründə İranın bütün Xəzəryanı dövlətlərlə ticarətinin həcmi (xam neft ixracı istisna olmaqla) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,04% artaraq 5,1 milyon ton (dəyəri 2,76 milyard dollar) təşkil edib.

Hesabat dövründə İranın ixracı  2,99 milyon tonu (artım 6,24%) ötüb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM