Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Bakı-Xudat reysi üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub.
Nəticədə sərnişinlərdən biri xəsarət alıb.Sərnişin avtobusuna ciddi ziyan dəyib. Qəza zamanı avtobusda 51 sərnişin olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !