"Şən və Hazırcavablar klubları"nın Rusiyanın Soçi şəhərində keçirilən 28-ci beynəlxalq festivalının seçmə mərhələsində Azərbaycanı təmsil edən "Bakı Yığması” güclülər liqasına çıxıb.
"Report”un məlumatına görə, bu barədə Azərbaycanın əməkdar artisti, tanınmış teleaparıcı, MGP (M Group Production) şirkətinin prezidenti Murad
Dadaşov xəbər verib. "Əziz dostlar, Əziz həmvətənlər! Bakı "KVN"in güclülər liqasında. Sadəcə afərin! " – deyə o bildirib.
Qeyd edək ki, Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalının seçmə mərhələsində ümumilikdə 500-ə yaxın komanda qeydiyyatdan keçib. Azərbaycan bu festivala "Bakı Yığması” ilə qatılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !