Dünəndən etibarən ölkə ərazisində müşayiət edilən yağışlı hava şəraiti ilə əlaqədar Bakının bəzi avtomobil yollarında azaldılan maksimal hərəkət sürəti bərpa edilib.
Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Artıq "Koroğlu" metro stansiyasından başlayaraq Buzovna qəsəbəsindəki Prezident iqamətgahının qarşısına kimi yollarda aşağı salınan hərəkət sürəti əvvəlki həddə yüksəldilib.
"Yollar üzrə sürət həddi müvafiq olaraq 100 km/saat-dan 120-yə, 80 km/saat-dən 100-ə, 60 km/saatdan 80-ə qaldırılıb", - NİİM-dən əlavə edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !