225 nömrəli məktəbin şagirdi müəllimin qeyri-etik davranışlarına məruz qalıb

18:11 | 02.06.2023
 225 nömrəli məktəbin şagirdi müəllimin qeyri-etik davranışlarına məruz qalıb

225 nömrəli məktəbin şagirdi müəllimin qeyri-etik davranışlarına məruz qalıb

Bakıda 225 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi (müvafiq səbəbdən adı qeyd olunmur) mütəmmadi olaraq məktəbin müəllim və şagird heyyəti tərəfindən ayrıseçkiliyə məruz qalıb. O, bu haqda özü anews.az-a bildirib.
 
Şagirdin sözlərinə görə, o gender və cinsi oriyentasiyası haqqında heç kimə bəyan etməsə də, qızlarla dostluq etməsi, saçını uzun saxlaması, fərqli düşüncədə olması müəllim heyyəti və şagirdlərdə ona qarşı qıcıq yaradıb.
 
O bildirib ki, məktəbin coğrafiya müəlliməsi Sevda İsmayılova ona qarşı sinifdə aşağılayıcı sözlər işlədərək şagirdlərin yanında alçaldıb.
 
"Sevda müəllimə summativ yazarkən sinifə daxil olub "bu, nə saçdır, özünü getdikcə arvada oxşadırsan. Sənə evdə valideynlərin heç nə demir?! Evdən gələndə sənə baxmırlar?! Özünü kişi kimi apar” deyərək məni alçaltmağa başladı. Mən ona deyəndə ki, özüm bilərəm, bu mənim öz həyatımdır, o üstümə qışqırdı. Sonra mənə sinifdəki oğlanları nümunə göstərək onlar kimi ol dedi”, - şagird bildirib. 
 
O, əlavə edib ki, sinif otağını tərk edərkən yıxılıb və dəhlizdə huşunu itirməsinə baxmayaraq heç kim ona yardım etməyib. 
 
"Sinifdə uşaqlar və müəllim tərəfindən lağ obyektinə cevrilirəm və özümü sərbəst şəkildə ifadə edə bilmirəm. Dəhlizdə və sinifdə yuxarı siniif şagirdləri tərəfindən alçaldıcı ifadələrə məruz qalıram. Mən bir dəfə bu münasibətlərə dözməyib sinifi tərk etdim. Dəhlizdə gedərkən özümü itirib yıxıldım və yardım istəməyə calışdım. Amma buna baxmayaraq heç kəs mənə köməyə gəlmədi", - o vurğulayıb.
 
Məsələ ilə bağlı 225 nömrəli tam orta məktəbin direktoru ilə əlaqə saxladıq. Direktor bildirib ki, bu məsələ artıq iki aydır ki, həll olunub.
 
"Bu uşaq bizim məktəbə yeni gəlib. Bir il yarımdır ki, bu şagird bizim məktəbdə oxuyur və mütəmmadi olaraq məktəbə gəlir. Müəllimlər onu yaxşı oxuyan ağıllı uşaq kimi tanıyır. Ona qarşı heç bir zorakılıq və təhdid olmayıb. Sadəcə olaraq müəlliməsi ona "saçını niyə uzun saxlamısan, niyə qız kimi üzük taxırsan” kimi sözlər deyərək, ona başqaları kimi olmadığı üçün irad tutub. Bu da onun xətrinə dəyib və ona pis təsir edib.  Biz uşağın dincəlməsi və özünə gəlməsi üçün bir həftəlik icazə vermişik”, - direktor bildirib.
 
Ombdusman və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirdilər ki, məsələ ilə bağlı hal-hazırda araşdırma aprılır və nəticə ilə bağlı ətraflı məlumat veriləcək.
 
Eltac Nurullazadə   
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti